RU

2025-ci ilin yanvar-avqustunda DSMF xərcləri 9,3% artıb: Sosial paket və müavinət alanların sayı yüksəlib

Bu ilin yanvar-avqust aylarında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) xərcləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,3 faiz artıb, bu isə 424,6 milyon manat əlavə xərc deməkdir. Xərclərdəki artım 2025-ci ildə yeni sosial paketin icrası, müavinət və təqaüd alanların sayının artması ilə bağlıdır.

Finss.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabında bildirib.

  • Aylıq sosial müavinət alanların sayı 13 min nəfər artaraq 466 min 210 nəfərə çatıb.
  • Təqaüd alanların sayı 4 min 244 nəfər artaraq 405 min 644 nəfərə yüksəlib.
  • Beləliklə, aylıq müavinət və təqaüd alanların sayı ümumilikdə 17,3 min nəfər çox olub.
  • Proaktiv qaydada 2025-ci ilin yanvar-avqust aylarında 105 665 sosial müavinət və təqaüd təyin olunub, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə təxminən 5 min nəfər çoxdur.
  • Pensiyaçıların sayı 2,3 min nəfər artaraq 1 103,3 minə çatıb.

V.Bayramov bildirib ki, sosial dəstəklərdən faydalanan vətəndaşların sayındakı artım DSMF-in xərclərinə əhəmiyyətli təsir göstərib.

O əlavə edib ki, 2025-ci ildə DSMF-in xərclərinin artımı əvvəlcədən proqnozlaşdırılıb və təsdiq olunmuş büdcədə nəzərdə tutulub:

  • 2024-cü ildə fondun xərcləri 6 milyard 949 milyon manat idisə, 2025-ci il üçün 7 milyard 676 milyon manat planlaşdırılıb, yəni xərclərdə təxminən 10% artım gözlənilir.
  • Fondun əsas fəaliyyət istiqamətləri pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım və sığorta üzrədir. Bu istiqamətlərdəki artım fondun xərclərinin yüksəlməsinə səbəb olur.

Millət vəkili həmçinin qeyd edib ki, DSMF-in gəlirlərində də artım proqnozlaşdırılıb:

  • 2025-ci ildə gəlirlər 7 milyard 617 milyon manat olacaq.
  • Məcburi dövlət sosial sığorta haqları üzrə isə 5 milyard 997 milyon manat yığım gözlənilir.

V.Bayramov vurğulayıb ki, gəlirlərdəki artım fiscal dayanıqlıq baxımından vacibdir.

Fuad Mədətov
Finss.az

Избранный
33
25
fins.az

10Источники