Abdullah Zubir “Qarabağ”ın heyətində 70-ci qolunu vurub.
Publika.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Fransalı yarımmüdafiəçinin yubiley qolu Azərbaycan Premyer Liqasının 6-cı turuna təsadüf edib. O, “Qəbələ” ilə ev matçında (2:0) hesabı açıb. Zubir Ağdam klubundakı 70-ci qolunu 322-ci oyununda vurub.
Premyer Liqada 49 dəfə fərqlənən fransalı avrokuboklarda 16, ölkə kubokunda 5 qola sevinib.