RU

Nigar Arpadarai: İqlim maliyyəsini toplamaq üçün tək dövlətlərin verdiyi pullar kifayət deyil

Yaşıl iqtisadiyyata keçid çox bahalı bir prosesdir və hazırda iqlim maliyyəsini 1,3 trilyona çatdırmaq qərarı var. Ona görə də "Bakıdan Belemə yol xəritəsi" adlı bir sənəd üzərində işləyirik və bizim COP30 komandası ilə COP29 komandası birgə bu prosesin tərkib hissəsidir.

Teleqraf xəbər verir ki, bu barədə COP29-un yüksək səviyyəli çempionu Nigar Arpadarai Bakı İqlim Fəaliyyəti Həftəsində (BCAW 2025) deyib.

O bildirib ki, çazım olan məbləği toplamaq üçün tək dövlətlərin verdiyi məbləğlər kifayət deyil:

“Buraya özəl sektor qoşulmalıdır, xeyliyyət təşkilatları qoşulmalıdır və bunun mexanizm olmalıdır. Əsas önəmli məsələlərdən biri də odur ki, elə bir mexanizm olsun ki, bu məbləqlər doğrudan da ehtiyacı olan həm dövlətlərə, həm strukturlara, həm lazım olan icmalara çatsın. Yəni, əsas məsələ də bundandır. Ona görə biz COP30 komandasıyla yaxından çalışırıq. Noyabrda COP29 sədirliyi Belemdə olacaq və COP30 komandasının bizimlə hər sahədə həm danışıqlar, həm qeyri-dövlət aktorları ilə iş baxımından, qlobal iqlim fəaliyyəti baxımından bütün tərəfdaşlarımızdan yaxından çalışırıq. Biz COP30-da təcrübəmizi paylaşamağa çalışırıq”.

Избранный
23
teleqraf.com

1Источники