RU

"Çırtıq vursan, qanı çıxmaz..." hala gəldik"- Tural İrfan yazır

"Qara xəbər yüyrək olar" - marşrutların qiymətinin qalxması nə tez yayıldı. Hamının (kasıb təbəqənin) əhvalı korlandı, qanı qaraldı. Necə deyərlər, "çırtıq vursan, qanı çıxmaz..." hala gəldi.
Dolanışıq ağırdır. Sosial vəziyyət ağırdır. Maaşlar və pensiyalar çox adamın kəfən puluna çatmır, nəinki kommunallara və quru çörəyə, dərmana...
Son dövrlərdə bəzi sosioloqlar və digər mütəxəssislər insanların aqressiyasının artma səbəblərindən yazırdılar. Korluq içində qıvrılan, aldığı maaşı kreditə verib yavan çörək yeyən adamın əhvalı necə xoş ola bilər? Maddi vəziyyəti ağır olan, bir gün tox, beş gün ac olan ailənin hansı xoşbəxtliyi ola bilər?
Hər dəfə qiymətlər qalxanda sanki ölkədə matəm baş verir. Evdən iki, üç uşağı oxuyan, məktəbə, hazırlığa gedən ailə demək uşağına kökə pulu da verə bilməyəcək. İctimai nəqliyyatın gediş haqqı əslində sosial durumun ağırlığına görə aşağı salınmalı idi. Amma əksinə oldu...
Allah özü rəhm eləsin, yazığıq.
Tural İrfan, MCP-nin sədr müavini
Избранный
12
news365.az

1Источники