UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turu çərçivəsində keçiriləcək "Qarabağ" – “Kopenhagen” (Danimarka) matçından əvvəl təşkil ediləcək mətbuat konfranslarının vaxtları məlum olub.
Operativ Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı sentyabrın 30-da saat 13:30-da Tofiq Bəhramov adına Respublika stadionunda olacaq. Saat 18:00-da “Azersun Arena”da media nümayəndələri üçün açıq məşq (ilk 15 dəqiqə) keçiriləcək.
Qonaq komandanın baş məşqçisi Yakob Neestrupun Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq mətbuat konfransı saat 16:45-də start götürəcək. Danimarka klubunun ilk 15 dəqiqəsi açıq olacaq məşqi 15:30-da başlayacaq.
Qeyd edək ki, oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Kopenhagen” görüşü saat 20:45-də başlayacaq.