RU

NDU-nun nümayəndə heyəti Səmərqənddə III Beynəlxalq Tibbi Forumda iştirak edib

Səmərqənd Dövlət Tibb Universiteti, Naxçıvan Dövlət Universiteti (NDU), Azərbaycan Tibb Universiteti, Azərbaycan Endoskopuk-Laparoskopik Cərrahlar Cəmiyyətinin birgə təşkilatçılığı, türk dövlətlərinin tibb təhsili həyata keçirən bir sıra universitetləri, dərnək və cəmiyyətlərinin iştirakı ilə Özbəkistanın Səmərqənd şəhərində III Beynəlxalq Tibbi Forum keçirilib. Forumda Naxçıvan Dövlət Universitetinin elm və innovasiya məsələləri üzrə prorektorunun rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib, plenar iclasda və bölmə iclaslarında məruzələrlə çıxışları dinlənilib.

NDU-nun Media və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, forum müddətində universitetin nümayəndə heyətinin Səmərqənd Dövlət Tibb Universitetinin Tibb və Stomatologiya fakültələrində görüşləri olub, həmçinin Səmərqənd şəhərinin tarixi elm-mədəniyyət mərkəzlərinə ekskursiyaları təşkil edilib.

Foruma müxtəlif türk dövlətlərinin 30-dan çox universitetindən 200-dək tədqiqatçı alim qatılıb. Konfransın açılış tədbirindən sonra keçirilən bölmə iclasları ilə yanaşı, forumun profilinə uyğun olaraq yüksəkixtisaslı həkimlər tərəfindən ənənəvi olaraq bir sıra cərrahi əməliyyatlar həyata keçiriləb. Ödənişsiz təşkil edilən aksiyalar Azərbaycandan və digər türkdilli ölkələrdən gəlmiş həkim heyətləri tərəfindən aparılıb.

Konfransda diqqət çəkən ən mühüm cəhətlərdən biri bölmə iclasları zamanı canlı əməliyyatların həyata keçirilməsi olub.

Qeyd edək ki, əsası 2022-ci ildə Naxçıvan Dövlət Universitetində qoyulan Tibbi Forum ilk dəfə Naxçıvan şəhərində, 2024-cü ildə isə Türkiyə Respublikasının İstanbul şəhərindəki Yeditəpə Universitetində keçirilib. Bundan sonra forum Türk Dövlətləri Tibbi Forumu adı altında fəaliyyətini davam etdirib.

Səbuhi HƏSƏNOV

 

 

 

Избранный
15
3
xalqqazeti.az

4Источники