Sumqayıt şəhərində marşrut avtobusu yanır.
Metbuat.az xəbər verir ki, hadisə şəhərin 13-cü mikrarayon ərazisində baş verib.
Şəhər ərazisində fəaliyyət göstərən 2 saylı müntəzəm marşrut xəttinə aid “İsuzu Citibus” markalı avtobus alışaraq yanıb. Yanğın nəticəsində avtobus tamamilə yararsız vəziyyətə düşüb.
Hadisə yerinə yanğınsöndürmə briqadası cəlb edilib.