RU

Azərbaycan liderinin sessiyadakı çıxışında yeni regional reallıqlar öz əksini tapıb- ÖZƏL

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın  avqustun 23-də ABŞ-a səfəri və BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirakı Azərbaycanın qalib dövlət kimi beynəlxalq mövqeyini gücləndirməsi, regional lider statusunu təsdiqləməsi və sülh, əməkdaşlıq gündəliyini dünyaya təqdim etməsi baxımından həm tarixi, həm də böyük siyasi əhəmiyyət kəsb edir. Mübaliğəsizdir ki, BMT Baş Assambleyası dünya dövlətlərinin liderlərinin iştirak etdiyi beynəlxalq münasibətlər sistemində əsas qlobal platformalardan biridir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Əli Hüseynli deyib: "Tarixi aspektdən baxdıqda bu səfəri ilk növbədə müstəqillikdən sonra diplomatik uğurların davamı kimi dəyərləndirmək lazımdır. Belə ki, Azərbaycanın dövlət başçısının avqustun 25-də BMT-nin ən ali tribunasında dünya ictimaiyyətinə səslənməsi ölkənin beynəlxalq siyasətdə fəal mövqeyini, tarixi nailiyyətlərini, regional və qlobal proseslərdə artan rolunu nümayiş etdirmək üçün fürsət deməkdir.

Bu hadisəyə Qarabağ münaqişəsinin yekunlaşması fonunda da qiymət vermək olar. 2020-ci ilin Vətən müharibəsi və 2023-cü ilin antiterror əməliyyatları nəticəsində Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra Prezident İlham Əliyevin dünyaya ünvanladığı mesajlar artıq qalib dövlətin rəhbərinin çıxışı kimi tarixə düşür.

Bundan əlavə, Azərbaycan liderinin sessiyadakı çıxışında yeni regional reallıqların təsdiqi öz əksini tapmışdır. Azərbaycanın dövlət başçısı ilk dəfə olaraq beynəlxalq müstəvidə regionda separatizmin tam aradan qaldırıldığını, sülh və əməkdaşlıq üçün yeni şəraitin yarandığını bəyan etdi. Bu, tarixi dönüş nöqtəsi kimi qəbul edilir.

Prezident İlham Əliyevin sessiyada iştirakı və çıxışının böyük maraqla qarşılanması ölkənin qlobal arenada söz sahibinə çevrildiyini göstərir ki, bu da Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmlənməsinin bariz göstəricisi kimi səfərin mühüm siyasi əhəmiyyətə malik olması qənaətini yaradır. Çıxışın tezisləri əsasən Zəfər tarixi, beynəlxalq əlaqələrin yeniləşən formatı və  sülh təşəbbüsləri kimi üç əsas istiqamət üzrə formalaşır.

Bu müddəalar qlobal güclərlə münasibətləri əhatə edir ki, burada ABŞ, Rusiya, Çin, Avropa İttifaqı kimi aktorlarla əlaqələrin balanslaşdırılması, eləcə də ABŞ administrasiyası ilə keçirilən görüşlər Azərbaycanın çoxşaxəli xarici siyasət xəttini nümayiş etdirir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
15
olaylar.az

1Источники