Filip Ozobiç mövsümdə ilk qolunu vurub.
"Football-plus.az" xəbər verir ki, “Turan Tovuz”un yarımmüdafiəçisi 6-cı turun “Kəpəz”lə ev matçında (3:0) fərqlənib. Bu, Ozobiçin premyer-liqada qol sevinci yaşadığı 10-cu mövsümdü. O, “Qəbələ”də iki (2016/17, 2017/18), “Qarabağ”da beş (2018/19, 2019/20, 2020/21, 2021/22, 2022/23), “Neftçi”də iki (2023/24, 2024/25) mövsümü qolsuz başa vurmayıb.
Ozobiç Azərbaycan çempionatları tarixində ən azı 10 fərqli mövsümdə qol vuran 57-ci futbolçudu. Mütləq rekord isə 17 mövsümdə buna nail olan Kənan Kərimova məxsusdu.
Qeyd edək ki, Qərb derbisində vurulan qol Filipin premyer-liqada 67-ci qolu olub. O, ölkə çempionatları tarixinin 23-cü bombardiridi.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта