RU

Ağsuda narkotik satışı ilə məşğul olan şəxs tutuldu

Ağsuda narkotik satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxs tutulub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər də analoji əmələ görə məhkum olunmuş 34 yaşlı Tale Məmmədli saxlanılıb.

Ondan 3 kiloqrama yaxın marixuana və metamfetamin aşkar olunub. Saxlanılan şəxs narkotik vasitə və psixotrop maddələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından satış məqsədilə əldə etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə T.Məmmədli barəsində həbs qətimkan tədbiri seçilib.

"Cebheinfo.az" 

Избранный
30
20
cebheinfo.az

10Источники