RU

Bu lüks avtomobillər geri çağırıldı yanğın təhlükəsi var

ain.az, Milli.az portalına istinadən məlumat verir.

"Volkswagen" konserni yanğın riski səbəbindən "Porsche", "Lamborghini" və "Audi" markalarına aid bir sıra avtomobillərin geri çağırıldığını açıqlayıb.

Milli.Az xəbər verir ki, "Carscoops"un məlumatına görə, bu qərara "Lamborghini Urus" krossoverləri ilə bağlı iki insident səbəb olub - avtomobillərdən biri alışıb, digərində isə yanacaq sızması qeydə alınıb.

Ümumilikdə geriçağırılma:

107 ədəd "Porsche Panamera" və "Porsche Cayenne S",

14 ədəd  "Lamborghini Urus",

1 ədəd "Audi SQ7"-yə şamil edilir.

Bu avtomobillər 2024-cü ildən indiyədək istehsal olunub.

Mütəxəssislər bildirirlər ki, problem yanacaq nasosunun düzgün bağlanmaması ilə əlaqəlidir və bu da yanacaq sızmasına səbəb ola bilər. Rəsmi məlumatda qeyd olunub ki, dilerlər nasaz ehtiyat hissələrini pulsuz şəkildə yenisi ilə əvəz edəcəklər.

Hüseyn

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
33
5
news.milli.az

6Источники