RU

III MDB Oyunları: Azərbaycanın beş samboçusu finala yüksəlib, ikisi bürünc medal qazanıb

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Göygöl, 29 sentyabr, AZƏRTAC

Azərbaycanın beş samboçusu III MDB Oyunlarında finala vəsiqə qazanıb.

AZƏRTAC xəbər verir ki, Göygöl Olimpiya İdman Kompleksində təşkil olunan yarışların yarımfinalında da Abdullətif Musayev (53 kiloqram) Eldar Askerbekovu (Qırğızıstan), Rüstəm Qasımzadə (58 kiloqram) Sayat Nurzxanı (Qazaxıstan), Nihad Rəhimov (64 kiloqram) Nazarali Xolovu (Tacikistan ), Əbubəkir Hüseynov (98 kiloqram) Səidəhməd Ravşanovu (Qırğızıstan), Rəsul Səmədli (+98 kiloqram) isə Nurken Nurmaxanı (Qazaxıstan) üstələyərək həlledici görüşdə iştirak hüququ əldə ediblər.

Digər təmsilçilərimiz Mikayıl Əmirov (71 kiloqram ) ilə Xəzər Əmrahlı (88 kiloqram) isə yarımfinalda məğlub olaraq, bürünc medalla kifayətləniblər.

Qeyd edək ki, 13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
18
2
azertag.az

3Источники