RU

"Azəriqaz": Bu il vaxtı ötmüş debitor borcların yığımı 35 milyon manatı otüb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi vaxtı ötmüş debitor borclardan 35 milyon manatdan çox vəsait toplayıb.

FED.az xəbər verir ki, bu barədə Birliyin kommersiya sahəsi üzrə 2025-ci ildə görülmüş işlərin nəticələrinə və qarşıda duran vəzifələrə həsr olunan müşavirədə məlumat verilib.

Bildirilib ki, əhali və qeyri-əhali sektorları üzrə cari ödənişlər 100 % səviyyəsində təmin olunub.

Tədbirdə debitor borcu olan abonentlərin qaz təchizatının dayandırılması, təbii qazdan qanunsuz istifadənin qarşısının alınması, zəruri hüquqi tədbirlərin görülməsi və "ManageFields" proqram təminatı vasitəsilə sahə işlərinə nəzarətin gücləndirilməsinin vacibliyi vurğulanıb.

Müşavirədə Birliyin rəhbərliyi, müvafiq departamentlərin nümayəndələri və regional idarələrin məsul şəxsləri iştirak ediblər. Burada satılan qazın dəyərinin ödənilməsi və debitor borcların idarə olunması üzrə regional idarələrin fəaliyyəti, həmçinin SOCAR rəhbərliyi tərəfindən müəyyən olunmuş hədəflərin icra vəziyyəti müzakirə edilib.

Qəbul edilən qərarların "Azəriqaz"ın xidmət keyfiyyətinin yüksəldilməsinə, enerji təhlükəsizliyinin təmininə və abonentlərlə işin səmərəliliyinin artırılmasına töhfə verəcəyi qeyd olunub.

Избранный
17
10
fed.az

10Источники