Yəmənin "Ənsar Allah" hərəkatına bağlı husilər Təl-Əvivdə bir sıra hədəflərə hipersəsli balistik raketlərlə zərbə endirib.
News365.az xəbər verir ki, hərəkətin hərbi nümayəndəsi Yəhya Saria bildirib ki, əməliyyat “Fələstin-2” raket sistemi vasitəsilə həyata keçirilib və planlaşdırılan məqsədlərə nail olunub.
Bu hücum hərəkatın İsrail ərazilərinə yönələn hərbi fəaliyyətinin davamı kimi qiymətləndirilir və regionda gərginliyin artmasına səbəb ola bilər.
News365.az