Azpolitika.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Müasir Rusiyada tanınmış simaların ölümündən sonra onlarla bağlı kimlərin adından nekroloq dərc edilməsi həmin adamların şəxsiyyəti barədə nəticə çıxarmağın əsas meyarına çevrilib.
Görünüşü, əsil-nəsli, soyadı, xarakteri etibarı ilə erməni olsa da, özünü rus adlandıran Tiqran Keosayanın ölümü ilə bağlı şəxsən Vladimir Putinin başsağlığı verməsi, eləcə də mərkəzi təbliğat kanallarının “yas tutması” mərhumun onsuz da ikrah doğuran şəxsiyyəti barədə daha da ağır bir iz qoydu, təəssürat yaratdı. Reallıq budur ki, onun ölümünə səmimi olaraq, kimsə kədərlənmir, hətta qatı “Z-patriotlar” da, bəlkə hətta arvadı Marqarita Simonyan da...
Əslində, hələ bir neçə ay bundan əvvəl fiziki olaraq ölmüş(komada idi-red.), mənəviyyat, ləyaqət baxımından isə artıq uzun illərdir “dünyasını dəyişmiş” Keosayan Kreml təbliğatının ən çirkin, miskin simalarından birinə çevriləndən bəri az-çox intellektual, ziyalı, vicdanlı tamaşaçı təbəqəsi üçün zatən ölmüşdü. Odur ki, “ölən barədə ya danışmazlar, ya da müsbət danışarlar” anlayışı bunun kimilər üçün keçərli deyil...
Ancaq Keosayan heç də həmişə bu qədər ikrah doğuran bir kimliyə malik olmayıb. Zamanında ortabab “komediyafason melodramalar” çəkən bu rejissor(yeri gəlmişkən, onun atası da rejissor olub) vaxtilə Putin hakimiyyətinə qarşı tam müxalif olmasa da, tənqidi mövqedə olub. Hətta 2010-cu illərə qədər müxalif efirlərin qonağı olub, hakimiyyətə qarşı tənqidi fikirlər səsləndirib və sair. Lakin Marqarita Simionyanla tanış olandan, əvvəlki ailəsindən ayrılaraq onunla evlənəndən sonra Kremldən gələn “kabab iyi” onu özünə maqnit kimi cəlb edib və o, rejisssorluq sənətini irticaçı hakimiyyətin “təbliğat tulası” peşəsinə dəyişib.

Ukraynaya qarşı işğalçılıq müharibəsinin, yaşanan qırğın və müsibətlərin, digər qonşu xalqalara qarşı qəddar, qanlı imperiyaçılıq siyasətinin ən qatı tərəfdarlarından biri olub bu “mərhum”. Qazaxıstanı və digər respublikaları açıq şəkildə hədələyərək, onlara “Ukraynaya yaxşı-yaxşı baxmağı” “tövsiyə edib”...
Sözsüz ki, onun bu cür ləyaqət deqradasiyasına uğramasında, mənəvi “U dönüşü” etməsində təkcə Simonyanla evlənməsi yox, həm də daşıdığı erməni kimliyinin genetik kodları mühüm rol oynamışdı. Bu yerdə Ermənistandakı Nikol Paşinyan hökuməti aparatının rəhbəri A. Arutunyanın bir ritorik sualı yada düşür: “Necə olub ki, Rusiya telekanallarının ən alçaq təbliğatçıları ermənilərdir - Marqarita Simonyan, Tiqran Keosayan, Aram Qabrieliyanov, Semyon Baqdasarov, Roman Babayan, Sergey Kurqinyan, Andranik Mixranyan və başqaları?” Cavab və səbəb sadədir: Genetik kodlarındakı “bəzi özəlliklər”! Məhz bunlar ermənilərin hamısında olmasa da, bir çoxunun şəxsiyyət kimi formalaşmasında öz sözünü deyir...
Hələ 2017-2019-cu illərdə təkcə Simonyanla birgə hazırladıqları, guya siyasi satira və yumor xaraktereli “Beynəlxalq pilorama” proqramı üzərindən bu “ailə” büdcədən 1 milyard rubla yaxın vəsait mənimsədi. Bu proqram dünya liderlərinin, Rusiya müxalifətinin, eləcə də Ukraynanın, Qazaxıstanın, hətta Ermənistanın və Rusiyanın digər qonşu xalqlarının kobud, aşağı əyarlı, səviyyəsiz, primitiv tənqid və təhqirləri üzərində qurulmuşdu. Açıq siyasi təxribat və milli ədavət xarakteri daşıyırdı. Bütün bunların Keosayanın, yumşaq desək, qıcıq yaradan eybəcər siması və mimikaları vasitəsilə səsləndirilməsi isə tamaşaçıda ikrahdan başqa heç nə yaratmırdı...
Onun “mən rusam” deyərək, Rusiyanın tulaları olan Koçaryan-Sarqsyan cütlüyünü deyil, Paşinyanı dəstəklədiyi üçün erməni xalqını “nəcis”, Ermənistanın dövlət başçısını isə “pidarast” adlandırmasını ermənilər çətin ki, unuda. Azərbaycanın keçirdiyi uğurlu ant-terror əməliyyatına görə yandığından “tüstülənən” və Qarabağda bir neçə Rusiya “sülhməramlısı”nın ölümünə deyinən Keosayan bunları demişdi: “Geniş mənada rus əsgəri, rus insanı(sizi əsəbiləşdirmək istəmirəm, amma mən də rusam...) ermənilərdən artıq erməni ola bilməz. Anladınız? Oradakı sülhməramlılar nə üçün, kim üçün ölürlər? Onlar o ermənilər üçün ölürlər ki, onları siz, soyadı “yan”la qurtaran formal ermənilər, başda özlərinin “pidarast” Paşinyanı olmaqla, satmısınız. Siz satmısınız. Bunu sizin gözünüzə, üzünüzə baxaraq deyirəm. Biz ermənilər necə də sevirik “Napoleon ermənidir”, “Alen Prost ermənidir”, “Kirkanyan ermənidir” deməyi... Kim Kardaşyanın “arxası” ilə fəxr edirik(söyüş söyür). Ancaq ən başlıca şeydə (ermənilər) nəcis çıxdılar, uşaqlar. Satdılar!”
Bütün bu “xidmətlər” Kreml tərəfindən necə lazımdır mükafatlandırılıb. Həm sözügedən veriliş, həm də digər layihələr vasitəsilə Simonyan-Keosayan cütlüyü Rusiya vergi ödəyicisinin 10 milyonlarla dollarını mənimsəməyə müvəffəq olub. Ancaq həmin pullarla yenicə tikilib ərsəyə gətirilən və dəyəri milyonlarla dollarla ölçülən böyük iqamətgahda Keosayana bircə gün də yaşamaq qismət olmadı...
Cəlal Məmmədli
“AzPolitika.info”
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.