Gəncə İdman Sarayında III MDB Oyunları çərçivəsində üzgüçülük yarışları davam edir.


Rekord.az xəbər verir ki, bu gün keçirilən 200 metr məsafəyə “butterfly” üsulu ilə üzmədə Azərbaycan üzgüçüsü Oqtay Hüseynov gümüş medal qazanıb.


Rusiyalı Maksim Starovoytov qızıl, özbəkistanlı Javlonbek Qaniyev isə bürünc medala sahib çıxıb.


Bundan başqa, qadınlar arasında 200 metr məsafəyə “butterfly” üsulu ilə üzmədə Azərbaycanlı üzgüçülər Mehri Əbdürəhmanlı gümüş, Anastasiya Qnussina bürünc mükafat əldə edib. Qızıl medala rusiyalı Anastasiya Chernışova sahib çıxıb.


Bu gün keçirilən 200 metr məsafəyə sərbəst üsulla üzməkdə Azərbaycanlı üzgüçü Süleyman İsmayılzadə ikinci yeri tutub.


Rusiyalı Boqdan Toropkin qızıl, onun həmyerlisi Matvey Nesterov isə bürünc medala sahib çıxıb.