Aktual.az xəbər verir ki, qarşılaşma Niderlanddan olan FIFA referisi Sərdar Gözübüyüka tapşırılıb.
Yan xətt hakimləri Erwin Zeinstra ilə Patrick Inia, dördüncü hakim Jannick Van Der Laan olacaq.
VAR-da Rob Dieperin AVAR-da Jeroen Manschot əyləşəcəklər.
Qeyd edək ki, "Qarabağ" - "Kopenhagen" oyunu oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də start götürəcək.