RU

“White Hill Capital” fondunun nizamnamə kapitalı açıqlandı

ain.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

“White Hill Capital” vençur fondunun nizamnamə kapitalı 1 milyon dollar təşkil edir”. 

“Qafqazinfo” xəbər verir ki, bunu İRİA-nın sədri Fərid Osmanov jurnalistlərə açıqlamasında deyib. 

“Fondun kapitalı ilkin olaraq tərəfimizdən maliyyələşmə çərçivəsində olacaq. İlkin mərhələdə 1 milyon dollar vəsait qoyuluşu nəzərdə tutulur və bu istiqamətdə müvafiq danışıqlar var”.

F.Osmanov əlavə edib ki, “İnmerge” vençur fondu artıq formalaşıb və fond tərəfindən müvafiq startaplara maliyyələşmə imkanlarının yaradılması üzrə işlər aktiv şəkildə davam etdirilir.

Gülnar Əliyeva

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
16
3
qafqazinfo.az

5Источники