RU

Azərbaycanda illik inflyasiya5.6% təşkil edib - AMB

Azərbaycanda 12 aylıq inflyasiya 4.9%, orta illik inflyasiya isə 5.6% təşkil edib. Aylıq inflyasiya göstəricisi 0.4% olaraq qeydə alınıb. Bu barədə Mərkəzi Bank 2025-ci ilin sentyabrda olan statistikaya istinadla məlumat yayıb. 

Qida məhsulları, alkoqollu içkilər və tütün üzrə illik inflyasiya 6.6% olub. Bu kateqoriyada aylıq artım 0.3% təşkil edib.

Qeyri-qida mallarında illik inflyasiya 2.1%, aylıq isə cəmi 0.1% artım səviyyəsində olub.

Ödənişli xidmətlər və qeyri-qida mallarını əhatə edən ümumi qrupda isə illik artım 3.6%, aylıq isə 0.4% təşkil edib.

Qida və qeyri-qida malları üzrə ümumi inflyasiya göstəriciləri aylıq 0.3%, illik 4.9%, orta illik isə 5.1% səviyyəsində olub.

Gülnar Nazimqızı 

 

Избранный
6
1
anews.az

2Источники