RU

Prezidentin təltif etdiyi Məmmədhəsənov kimdir?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Rafiq Musa oğlu Məmmədhəsənovu 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edib.

Musavat.com Axar.az-a istinadal xəbər verir ki, Rafiq Musa oğlu Məmmədhəsənov Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri, YAP siyasi şurasının üzvü, Veteranlar Şurasının üzvü, Avropa Diabet və Ümumdünya Diabet assosiasiyalarının üzvüdür.

R.Məmmədhəsənov 1945-ci sentyabrın 26-da Gədəbəy rayonunun Gədəbəy qəsəbəsində anadan olub.1963-cü ildə N.Nərimanov adına Azərbaycan Tibb Dövlət İnstitutunun müalicə - profilaktika fakültəsinin 1-ci kursuna daxil olub, 1969-cu ildə həmin institutu bitirib.

1969–1971-ci illərdə təyinatla Naftalan sanatoriyasında həkim-terapevt, sonra 1971–1973-cü illərdə Mərdəkan mədə-bağırsaq sanatoriyasında həkim-terapevt işləyib.1974–1976-cı illərdə Azərbaycan Dövlət Tibb İnstitutu II müalicə-profilaktika fakültəsinin daxili xəstəliklər kafedrasının aspirantı olub.

Respublikada İxtisaslaşmış müdafiə elmi şurası olmadığına görə 1979-cu ildə Tbilisi Dövlət Tibb İnstitutunda namizədlik dissertasiyası müdafiə edib.1977–1986-cı illərdə həmin kafedrada assistent vəzifəsində işləyib.1986–1990-cı illərdə Moskvada Ümumittifaq Endokrinoloji Elmi Mərkəzin doktorantı olub.

1990-cı ildə doktorluq dissertasiyası müdafiə edərək, tibb elmləri doktoru elmi dərəcəsinə layiq görülüb.1990-cı ildən bu günə qədər Tibb Universitetinin daxili xəstəliklər kafedrasının müdiri vəzifəsində çalışır və həmin ildən indiyə qədər eyni zamanda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş endokrinoloqudur.1993-cü ildən hal-hazıra qədər həm də Azərbaycan Tibb Universitetinin elmi işlər üzrə prorektoru vəzifəsində işləyir.2000-ci ildə Ümummilli liderimiz, prezident H.Əliyev tərəfindən Əməkdar elm xadimi adına layiq görülüb.

2010-cu ildə Azərbaycan Respublikasının "Tərəqqi" medalı ilə təltif edilib.1992-ci ilin noyabrından YAP-ın üzvüdür. YAP siyasi şurasının üzvüdür.13 may 2006-cı ildə III çağırış Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilib. 7 noyabr 2010-cu ildə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar deputat (IV çağırış) seçilib.1 noyabr 2015-ci ildə (V) çağırış Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilib,30 noyabr 2022-ci ildə Azərbaycan Prezidentinin fəxri diplomu" ilə təltif edilib.

Избранный
14
7
musavat.com

9Источники