RU

İsveç Ukraynaya 122 milyon dollarlıq mülki yardım paketi ayırır

Ajans.az xəbər verir ki,bu barədə rəsmi hökumət bəyanatında məlumat verilib. Yeni yardım paketi, İsveçin açıqlamasına görə, Ukraynanın “ən təcili ehtiyaclarını” qarşılamağa yönəldiləcək. Bu ehtiyaclara enerji təchizatı, mənzil təminatı, səhiyyə xidməti, minalardan təmizləmə fəaliyyəti, qaçqınlara dəstək, həmçinin müstəqil media orqanlarının dəstəklənməsi daxildir. Ayrılan vəsaitin 145 milyon kronu (təxminən 15,44 milyon dolları) birbaşa humanitar yardım məqsədilə istifadə olunacaq. Rəsmi məlumatlara görə, bu yeni paketlə birlikdə İsveçin 2025-ci il üzrə Ukraynaya vətəndaş dəstəyi ümumilikdə 9 milyard krona (təxminən 958 milyon dollar) çatacaq ki, bu da ölkənin inkişaf yardımı büdcəsinin 16%-i deməkdir. Hökumətin açıqlamasında qeyd olunub ki, bu dəstəyin maliyyələşdirilməsi bütövlükdə büdcənin yenidən bölüşdürülməsi hesabına mümkün olub. Yəni digər ölkələrə ayrılan yardımların azaldılması və ya tamamilə ləğvi hesabına Ukrayna üçün əlavə vəsait ayrılıb. İsveç hökuməti, bu addımı ilə Ukraynanın mülki infrastrukturlarının bərpasına, humanitar sabitliyinə və cəmiyyətin dayanıqlığına töhfə verməyi hədəfləyir.

 

Избранный
13
Ajans.az

1Источники