RU

Fərid Şəfiyev: 30 ildən sonra Azərbaycan öz ərazisi üzərində tam suverenliyini bərpa etdi

BAKI, 29 sentybar. TELEQRAF

"30 ildən sonra Azərbaycan öz ərazisi üzərində tam suverenliyini və nəzarətini bərpa etdi".

Teleqraf xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev "Qlobal qeyri-müəyyənlik dövlərində TDT-nin mədəniyyət, elm və parlamentarizm üzrə siyasəti" panelinin qapanış nitqində deyib.

"Prezident İlham Əliyev vurğulayıb ki, müasir dövrdə region ölkələri, o cümlədən Türk dövlətləri, yalnız iqtisadi və mədəni sahələrdə deyil, həm də siyasi və hərbi müstəvidə əməkdaşlıq etməlidir. Qlobal və regional çağırışlara qarşı birgə müqavimət vacibdir.
Bu cür müzakirələr yəni təhlükəsizlik, müdafiə və siyasi həmrəylik məsələlərinin açıq şəkildə gündəmə gətirilməsi Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi baxımından çox vacibdir".

Избранный
32
teleqraf.com

1Источники