Demokrat.az xəbər verir ki, nazir ev sahibliyinə görə İspaniyaya, təşəbbüsə dəstəyə görə Braziliya və BƏƏ-yə təşəkkürünü bildirib, COP28 və COP29-un nəticələrini xüsusi vurğulayıb. O qeyd edib ki, Bakıda keçirilmiş COP29 mədəniyyətin iqlim fəaliyyətində rolunu gücləndirmək üçün mühüm addım olub və qəbul edilən Bakı Maliyyə Məqsədi qlobal iqlim maliyyələşməsində tarixi dönüş nöqtəsi sayılır.
Adil Kərimli Azərbaycanın təqdim etdiyi “Culture for Climate” (C4C) təşəbbüsünü xatırladaraq, sabah başlayacaq Bakı İqlim Həftəsində də mədəniyyətin iqlim dəyişikliyi ilə mübarizədə rolunun müzakirə ediləcəyini bildirib.
Nazir vurğulayıb ki, Prezident İlham Əliyevin elan etdiyi “Yaşıl Dünya naminə Həmrəylik İli”, azad olunmuş Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonaları və Bakı Prosesi çərçivəsində keçirilən beynəlxalq forumlar Azərbaycanın dayanıqlı gələcəyə sadiqliyini göstərir.
Çıxışın sonunda o qeyd edib: “Mədəniyyət və ətraf mühit bir-birindən ayrılmazdır. Birgə səylərlə gələcək nəsillər üçün daha dayanıqlı dünya qura bilərik.”






10Источники
-
nocomment.azMədəniyyət naziri Adil Kərimli UNESCO-nun MONDIACULT 2025 konfransı davam edir Üçüncü yüksək səviyyəli tədbir Dialoqunda çıxış edib ( 21860557)
-
xalqqazeti.azMədəniyyət naziri Adil Kərimli Üçüncü Yüksək Səviyyəli Nazirlər Dialoqunda çıxış edib ( 21859291)
-
dogru.azNazir Adil Kərimli UNESCO konfransında çıxış edib – FOTO ( 21856525)
-
manset.azAdil Kərimli konfransda çıxış etdi - FOTOLAR ( 21855118)
-
turkic.worldAzərbaycanın mədəniyyət naziri Adil Kərimli Üçüncü Yüksək Səviyyəli Nazirlər Dialoqunda çıxış edib. ( 21853141)
-
azerbaijan-news.azMədəniyyət naziri UNESCO-nun konfransında çıxış edib ( 21851125)
-
publika.azNazir Adil Kərimli beynəlxalq tədbirdə çıxış etdi ( 21849877)
-
sia.azMədəniyyət naziri UNESCO-nun konfransında çıxış edib ( 21849745)
-
azertag.azMədəniyyət naziri UNESCO-nun konfransında çıxış edib ( 21849514)
-
demokrat.azNazir Adil Kərimli beynəlxalq tədbirdə çıxış edib — FOTOLAR ( 21849331)