RU

Stəkana tüpürən işçi: "Belələri psixi dispanserdə müalicə olunmalıdır"

Xəbər verdiyimiz kimi, Şəki şəhərində fəaliyyət göstərən “Azra” şirniyyat evinin əməkdaşı Ayşən Babazadənin müştərilərə qarşı qeyri-etik hərəkət etməsi ilə bağlı görüntülər yayılıb. Sosial şəbəkədə yayılan görüntülərdə onun müştərilər üçün hazırladığı çay stəkanına tüpürdüyü aydın olur.

Hadisə sosial mediada birmənalı qarşılanmayıb. Məsələ həm etik, həm hüquqi, həm də sosial müstəvidə geniş müzakirələrə səbəb olub.

Mövzu ilə bağlı Ölkə.az-a danışan sosioloq Elçin Bayramlı bildirib ki, bu kimi halları yalnız bir səbəblə əlaqələndirmək olar - belələri psixi problemləri olan insanlardır.

Onun sözlərinə görə, rəsmi məlumatlar göstərir ki, Azərbaycanda psixi xəstələrin sayı sürətlə artır:

"Psixi problemləri olanlar müalicə olunmur, bəziləri hətta qapalı dispanserlərdə müalicə olunmalı olduğu halda ortalıqda gəzir. İaşə müəssisələrində, birbaşa xalqın, əhalinin sağlamlığı ilə məşğul olan sahələrdə işləyənlərin psixi vəziyyəti yoxlanılmır və nəticədə belə hallar olur. Normal insanda belə bir şey ola bilməz. Bu şəxslər işdən çıxarılmaqla qurtarmamalıdır, qapalı psixi dispanserə yerləşdirilib, müalicə olunmalıdır".

Qeyd edək ki, həmin xanım işdən çıxarılıb. Videogörüntülərlə bağlı ərazi üzrə polis orqanında təhqiqat aparılır.

Həmidə İbrahimova

Избранный
21
olke.az

1Источники