Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında daha bir futbol matçı keçirilib.
“İki sahil” xəbər verir ki, Qəbələ Şəhər Stadionunda təşkil olunan B qrupunun ikinci oyununda Belarus və Özbəkistan komandaları qarşılaşıblar.
Görüş Belarus yığmasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Günün digər oyunu A qrupunda Qırğızıstan və Tacikistan milli komandaları arasında keçirilir.