RU

Prezidentin təltif etdiyi Rafiq Məmmədhəsənov kimdir?

Xəbər v erdiyimiz kimi, Prezident İlham Əliyev Rafiq Musa oğlu Məmmədhəsənovu 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edib.
 
Moderator.az xəbər verir ki, Rafiq Musa oğlu Məmmədhəsənov Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri, YAP Siyasi Şurasının və Veteranlar Şurasının üzvü, Avropa Diabet və Ümumdünya Diabet assosiasiyalarının üzvüdür
 
R.Məmmədhəsənov 1945-ci sentyabrın 26-da Gədəbəy rayonunun Gədəbəy qəsəbəsində anadan olub. 1963-cü ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə daxil olub və 1969-cu ildə həmin institutu bitirib.
 
1969–1971-ci illərdə təyinatla Naftalan sanatoriyasında həkim-terapevt, sonra 1971–1973-cü illərdə Mərdəkan mədə-bağırsaq sanatoriyasında həkim-terapevt işləyib.1974–1976-cı illərdə Azərbaycan Tibb İnstitutu II müalicə-profilaktika fakültəsinin daxili xəstəliklər kafedrasının aspirantı olub.
 
Respublikada İxtisaslaşmış müdafiə elmi şurası olmadığına görə 1979-cu ildə Tiflis Dövlət Tibb İnstitutunda namizədlik dissertasiyası müdafiə edib. 1977–1986-cı illərdə həmin kafedrada assistent vəzifəsində işləyib. 1986–1990-cı illərdə Moskvada Ümumittifaq Endokrinoloji Elmi Mərkəzin doktorantı olub.
 
1990-cı ildə doktorluq dissertasiyası müdafiə edərək, tibb elmləri doktoru elmi dərəcəsinə layiq görülüb. 1990-cı ildən bu günə qədər Tibb Universitetinin Daxili xəstəliklər kafedrasının müdiri vəzifəsində çalışır və həmin ildən indiyə qədər eyni zamanda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş endokrinoloqudur.
 
1993-cü ildən həm də Azərbaycan Tibb Universitetinin elmi işlər üzrə prorektoru vəzifəsində işləyir. 2000-ci ildə "Əməkdar elm xadimi" adına layiq görülüb.
 
2010-cu ildə Azərbaycan Respublikasının "Tərəqqi" medalı ilə təltif edilib.
 
1992-ci ilin noyabrından YAP-ın üzvüdür. 13 may 2006-cı ildə III çağırış Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilib. 7 noyabr 2010-cu ildə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar deputat (IV çağırış) seçilib.1 noyabr 2015-ci ildə (V) çağırış Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilib, 30 noyabr 2022-ci ildə Azərbaycan Prezidentinin fəxri diplomu ilə təltif edilib.
Избранный
20
7
moderator.az

9Источники