RU

İşğaldan azad edilmiş ərazilərdə yaşıl enerji həlləri müzakirə olunub (FOTO)

Bakı. Trend:

İşğaldan azad edilmiş ərazilərdə yaşıl texnologiyaların vəenerji səmərəliliyi tələblərinin tətbiqi ilə bağlı əlaqələndirmə vəmonitorinq üzrə İşçi Qrupun 10-cu iclası keçirilib.

Trend xəbərverir ki, İşçi Qrupunun sədri, energetika naziri Pərviz ŞahbazovAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevintapşırıqlarına müvafiq olaraq işğaldan azad olunmuş ərazilərdəhəyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərindəndanışıb. Bildirilib ki, ölkəmizin sosial-iqtisadi inkişafının vəBöyük Qayıdışın davamlılığının təmin edilməsi məqsədiləhazırlanmaqda olan yeni strateji sənədlərdə yaşıl texnologiyalarıntəşviqi, ərazilərdə enerji səmərəliliyinin artırılması və bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi mühümistiqamətlər kimi nəzərdə tutulur.

İşçi Qrupun əvvəlki iclasında qəbul edilmiş qərarların icrasınadair məlumat verilib, “yaşıl enerji” zonasının yaradılması üzrəgörülmüş işlərlə bağlı hesabatlar dinlənilib.

Şuşa, Kəlbəcər və Cəbrayıl şəhərləri, Cəbrayıl rayonununŞükürbəyli və Horovlu kəndlərində, eləcə də Laçın və Kəlbəcərdəolan su elektrik stansiyalarında aparılmış monitorinqlərinnəticələri nəzərdən keçirilib.

Horovlu kəndində 334 fərdi yaşayış evində damüstü günəşpanellərinin şəbəkəyə qoşulması üzrə atılmış addımlar, Şuşa vəLaçın şəhərləri, həmçinin Zabux kəndinin əhalisi üçün təşkiledilmiş bərpa olunan enerji mənbələrindən istifadəyə dair praktikitövsiyələri əhatə edən maarifləndirilmə tədbirləri haqqında məlumatverilib. Binalarda yüksǝk enerji sǝmǝrəliliyini tǝmin etmǝkmǝqsǝdilǝ görülmüş tədbirlər, ərazidə quraşdırılmış LEDişıqlandırma dirəkləri, günəş əsaslı hibrid işıqlandırma qurğuları,elektrik doldurma məntəqələri, istismar edilən elektrikliavtobuslar və ictimai binalarda quraşdırılmış günəş panellərininstatistikası təqdim edilib.

İşğaldan azad edilmiş ərazilərdə ekoloji baxımdan mütərəqqihəllərin tətbiqi, enerji istehlakında qənaət imkanlarınıngenişləndirilməsi, pilot layihələrin həyata keçirilməsi, müasirtexnologiyaların sınaqdan keçirilməsi, həmçinin monitorinq və uçotmexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı qərarlar qəbuledilib.

İclasda İşçi Qrupuna üzv dövlət qurumları ilə yanaşı işğaldanazad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentininxüsusi nümayəndəliklərinin və “Bərpa Tikinti və İdarəetmə Xidməti”publik hüquqi şəxslərin, eləcə də Şuşa Şəhəri Dövlət Qoruğuİdarəsi, “Azəristiliktəchizat” ASC-nin nümayəndələri iştirakedib.

İşğaldan
İşğaldan
Məqalədə:
Избранный
8
6
az.trend.az

7Источники