RU

"Məhəllə"nin "Eliş"i nə ilə yadda qaldı?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycanın Əməkdar artisti, məşhur Şən və Hazırcavablar Klubunun (ŞHK - KVN) aktyoru Cabir İmanov bu gün qəfil ölümlə sevənlərini sarsıtdı.
Oxu.Az sevilən aktyorun həyat və yaradıcılığına qısa nəzər salır.
Cabir Qorxmaz oğlu İmanov 22 iyun 1976-cı ildə Bakı şəhərində anadan olub. O, 1983-93-cü illərdə paytaxtın 189 saylı məktəbində təhsil alıb.
1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutuna daxil olub və 1997-ci ildə həmin ali məktəbi bitirib. Daha sonra 1999-cu ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olunub, 2003-cü ildə oranı bitirərək hüquqşünas ixtisası əldə edib.
1997-98-ci illərdə Daxili Qoşunlarda həqiqi hərbi xidmət keçib. 1999-2018-ci illərdə Daxili İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb, polis polkovnik-leytenantı rütbəsinə qədər yüksəlib. Sonradan Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzinə rəhbərlik edib.
Yaradıcılıq fəaliyyətinə isə 1992-ci ildə başlayıb. O, "Parni iz Baku" KVN komandasının üzvü olub və həmin dövrdə komanda ilə birlikdə böyük uğurlara imza atıb:
1992-ci ildə KVN çempionu;
1995-ci ildə KVN Yay Kubokunun qalibi;
2000-ci ildə KVN-in "Əsrin Çempionu";
2001-ci ildən "Planet Parni iz Baku" KVN Teatrının aktyoru kimi fəaliyyətini davam etdirib.
Onu tamaşaçılar "Məhəllə" filmlərindəki "Eliş" obrazı ilə daha çox sevmişdilər.
Sənətdəki xidmətlərinə görə 2015-ci ildə "Azərbaycanın Əməkdar artisti" fəxri adına, 2021-ci ildə isə "Tərəqqi" medalına layiq görülüb.
2020-ci ildə milli üslubda əl işlərinin istehsalı və satışı ilə məşğul olan "BYJABA Handmade in Azerbaijan" brendini təsis edib.
Ailəli idi, dörd övladı var.
O, tanınmış ziyalı və sənət adamlarından ibarət nüfuzlu ailəyə mənsub idi:
Atası - AMEA-nın müxbir üzvü, İspaniya Kral Akademiyasının üzvü, professor, iqtisad elmləri doktoru Qorxmaz İmanov;
Qardaşı - Azərbaycanın Əməkdar artisti, aktyor Tahir İmanov;
Babası - Azərbaycanın Xalq artisti, "Şöhrət" ordenli bəstəkar Süleyman Ələsgərov.
Məhərrəm Əliyev
Избранный
11
2
oxu.az

3Источники