RU

ABŞ Çinlə potensial münaqişə vəziyyətində raket istehsalını artırmaq istəyir

Pentaqon raket istehsalçılarını Çinlə potensial münaqişə səbəbindən istehsal həcmini sürətlə artırmağa çağırıb.

Editor.az bu barədə The Wall Street Journal-a istinadla yazır.

Qəzetin mənbələri bildiriblər ki, 12 kritik silahın istehsalını sürətləndirmək qərarı Pentaqon rəsmiləri ilə müxtəlif Amerika raket istehsalçılarının yüksək səviyyəli nümayəndələri arasında keçirilən bir sıra yüksək səviyyəli görüşlər zamanı elan edilib.

WSJ xəbər verir ki, müdafiə nazirinin müavini Stiv Feynberq Sursat İstehsalını Sürətləndirmə Şurasında qeyri-adi dərəcədə fəal rol alıb və problemi müzakirə etmək üçün şirkət rəhbərləri ilə həftəlik görüşlər keçirir.

//Gülnarə Abasova, Editor.az

Избранный
12
1
editor.az

2Источники