ADY artan sərnişin tələbatını qarşılamaq üçün 4 və 5 oktyabr tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçirəcək.
Redaktor.az xəbər verir ki, eyni zamanda, 29 sentyabrdan etibarən həftəiçi günlərdə Bakı-Ağstafa və Ağstafa-Bakı istiqamətində əlavə reyslərlə, həmçinin hər gün Bakı-Qazax-Bakı marşrutu ilə səfər edə bilərsiniz.
Biletiləri Bakı və Gəncə Dəmiryol Vağzallarının kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə edə bilərsiniz.