RU

Niderlanddan olan hakim ikinci dəfə Bakıda avrokubok oyununu idarə edəcək

Niderlanddan olan FIFA referisi Serdar Gözübüyük avrokuboklarda ikinci dəfə Azərbaycan klubunun oyununa təyinat alıb... 

Report"un məlumatına görə, "Qarabağ" və Danimarkanın "Kopenhagen" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyununu idarə edəcək baş hakim 10 il əvvəl də Bakıya gəlib.
O, həmin vaxt "İnter" (hazırkı "Şamaxı") və İspaniya təmsilçisi "Atletik" arasında keçirilmiş UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk matçında iş başında olub. Qarşılaşma Bilbao klubunun qələbəsi ilə bitib - 2:0.
40 yaşlı ədalət təmsilçisi 2012-ci ildən beynəlxalq matçlara təyinat alır.
Qeyd edək ki, "Qarabağ" - "Kopenhagen" oyunu oktyabrın 1-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

Poliqon.info

Избранный
11
1
poliqon.info

2Источники