RU

Bakıda dördmərtəbəli evin yeddinci mərtəbəsi: "İcazə sənədləri yoxdur"

Bakının Xətai rayonu, Köhnə Günəşli massivi ərazisində tikilməkdə olan binanın üst mərtəbələrinin qanunsuz artırıldığı iddia olunur. Bununla bağlı sosial şəbəkədə müzakirə aparılıb.

 

Qeyd olunub ki, tikinti həyata keçirilən layihədə dörd mərtəbə olaraq nəzərdə tutulsa da, sonradan beşinci və altıncı mərtəbələr də tikilib və hazırda yeddinci mərtəbənin tikintisi aparılır.

 

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən bildirilib ki, müvafiq icazəverici sənədlər təqdim olunmadığından tikinti işləri dayandırılıb.

 

Oxu.az

Tarix: 29 Sentyabr 2025, 15:28   
Избранный
139
9
pravda.az

10Источники