RU

İctimai nəqliyyatda tarif dəyişikliyi: Qiymət artımı yox, strateji islahat

Bakı.Trend:

Oktyabrın 1-dən ictimai nəqliyyatda gedişhaqqı qiymətlərindəediləcək dəyişiklik geniş müzakirələrə səbəb olub. Xüsusilə də budəyişikliklərin vətəndaşların gündəlik xərclərinə təsiri, dövlətinbu siyasətdəki rolu və nəqliyyat xidmətlərinin keyfiyyətimövzusunda suallar yaranıb. Amma hadisələrə emosional deyil, həm dəanalitik yanaşsaq, qiymət artımının təkcə maddi deyil, strateji vəstruktur islahatlarla əlaqədar olduğunu görə bilərik.

Qeyd etmək vacibdir ki, qiymət artımı bütün avtobusmarşrutlarını əhatə etmir.

Tələblərə cavab verməyən marşrutlarda qiymət dəyişikliyi tətbiqolunmayacaq. Eyni zamanda tarif dəyişikliyi Bakı-Sumqayıt,Bakı-Abşeron, Sumqayıt-Abşeron arasında və digər şəhər vərayonlarda fəaliyyət göstərən müntəzəm avtobus marşrutlarında datətbiq olunacaq. Bu dəyişiklik gediş haqları yalnız nağdsız ödənişaləti vasitəsilə həyata keçirilən, elektrik, CNG və ya 1 yanvar2025-ci ildən sonra istehsal edilən dizel yanacağı ilə işləyənavtobuslara şamil ediləcək.

Bəs, yanacaq bahalaşmayıbsa, qiymət niyəartıb?

Beləliklə bəziləri qiymət artımını yanacağın bahalaşması iləəlaqələndirməyə çalışsa da, bu hal-hazırda baş verməyib. Bu odeməkdir ki, qiymət artımı sırf istehsal xərclərinin yüksəlməsi ilədeyil, ictimai nəqliyyatın struktur olaraq modernləşdirilməsi, dahadayanıqlı maliyyə modeli qurulması və operatorların xidmətsəviyyəsinin yüksəldilməsi məqsədi ilə həyata keçirilir.

Bu artım, bir növ dövlətin nəqliyyat sektoruna ayırdığıdotasiyanın (subsidiyanın) mərhələli şəkildə azaldılması vərentabelliyin təmin olunması üçün atılmış zəruri addımdır.

Qeyd edilməlidir ki, bu artım heç bir halda birbaşa mal vəməhsulların qiymətinə təsir göstərə biləcək bir faktor deyil.Qiymət artımı, xüsusilə ictimai nəqliyyatda baş verdikdə, əhalininbir qisminin gündəlik büdcəsinə müəyyən təsir etsə də, bunun ümumiinflyasiya və bazar qiymətlərinə ciddi təzyiq göstərməsi gözləniləndeyil.

Əgər yanacağın qiymətində dəyişiklik, xüsusilə bahalaşma başversəydi, bu zaman daşınma xərcləri ilə bağlı ümumi məhsulqiymətlərinə dolayısı təsir mümkün ola bilərdi. Lakin bu haldasöhbət sadəcə sərnişin daşıma xidmətlərinin qiymətindən gedir.Məsələn, 30 qəpikdən 40 qəpiyə yüksələn metro və ya avtobusgedişhaqqı sırf vətəndaşın nəqliyyat xərclərinə təsir edir, məhsulistehsalı və logistikası ilə birbaşa əlaqəli deyil.

Qiymət artımının əsas hədəfi daşıyıcıların maliyyə dayanıqlığınıartırmaqdır. Bu isə aşağıdakı istiqamətlərdə müsbət nəticələrverəcək:

Avtobus parkının yenilənməsi sürətlənəcək.

İctimai nəqliyyat şəhər infrastrukturunun əsas sütunlarındanbiridir. Sərnişin axınının effektiv idarə olunması, əhaliningündəlik həyat rahatlığı və şəhərin ekoloji vəziyyətininyaxşılaşdırılması baxımından nəqliyyat sektorunda islahatlar xüsusiəhəmiyyət daşıyır. Bu kontekstdə avtobus parkının yenilənməsi,xüsusilə də bu prosesi əlavə maliyyə dəstəyi ilə sürətləndirmək,şəhər mobilliyini yüksəltmək və xidmət keyfiyyətini artırmaq üçünmühüm alət hesab olunur.

Avtobus parkının yenilənməsi sərnişin daşımada keyfiyyətin vətəhlükəsizliyin artırılması, ekoloji yükün azaldılması, əlilliyiolan şəxslər üçün inklüziv nəqliyyatın təmin olunması, rəqəmsalsistemlərlə inteqrasiya (GPS, ödəniş kartları, real vaxt izləmə vəs.), şəhər tıxaclarının azaldılması kimi məqsədlərə xidmətedir.

Yeni maliyyə imkanları operatorlara daha ekoloji və komfortlunəqliyyat vasitələri almağa şərait yaradacaq. Nağdsız ödənişsistemlərinin tətbiqi genişlənəcək. Bu, həm sərnişinlər üçün ödənişrahatlığı yaradacaq, həm də şəffaflığı artıracaq. Texniki imkanlarsayəsində diferensial tariflərin tətbiqi mümkün olacaq. Yəni,gələcəkdə ictimai nəqliyyatda aylıq, illik abunə sistemləri,tələbələr, pensiyaçılar və digər sosial qruplar üçün güzəştlərnəzərdə tutula bilər.

Son illərdə qlobal miqyasda sürətlənən rəqəmsal transformasiyaAzərbaycanda da müxtəlif sahələrdə özünü göstərməkdədir. Xüsusilədə maliyyə texnologiyalarının inkişafı və rəqəmsal ödənişsistemlərinin genişlənməsi əhali üçün gündəlik həyatınasanlaşdırılmasında mühüm rol oynayır. Bu kontekstdə operatorlardannağdsız ödəniş tətbiqinin tələb olunması vətəndaşlara ödənişrahatlığı yaratmaqla yanaşı, ümumilikdə iqtisadi və sosialmünasibətlərin şəffaflaşmasına da töhfə verir.

Əhali üçün ödəniş rahatlığının təmin olunması təkcə texnolojiyenilənməni deyil, eyni zamanda sosial ədalət və xidmətkeyfiyyətinin yüksəldilməsini hədəfləyir. Hazırda bir çox xidmətsahələrində (kommunal ödənişlər, ictimai nəqliyyat, ticarət,səhiyyə, təhsil və s.) nağd ödəniş üsullarının dominant olması birsıra problemlər yaradır:

Növbələrin və vaxt itkisinin artması

Pul qalığının düzgün qaytarılmaması səbəbilənarazılıqlar

Maliyyə dövriyyəsinin qeyri-şəffaf olması

Sanitariya baxımından nağd pulun təhlükəsi

Buna qarşılıq olaraq, nağdsız ödəniş sistemlərinin tətbiqi buproblemlərin aradan qaldırılması üçün effektiv vasitə hesabolunur.

Bəzi iddiaların əksi olaraq, dövlət ictimai nəqliyyatda yarananxərci tam şəkildə əhalinin üzərinə atmır. Əksinə, yenilənmişavtobusların alınması, marşrutların optimallaşdırılması və xidmətkeyfiyyətinin yüksəldilməsi istiqamətində dövlət dəstəyi davamedir. Qiymət artımı isə yalnız bu dəstəyə paralel olaraq, sisteminuzunmüddətli davamlılığını təmin etməyə xidmət edir.

Yeni modelin əsas prinsipi sadə və şəffafdır: xidmətin səviyyəsiartırılmadan qiymət artımı həyata keçirilmir. Bu yanaşma həmvətəndaş etimadını qoruyur, həm də islahatların ardıcıl və planlıaparıldığını göstərir.

Məqsəd təkcə maliyyə deyil – ictimai nəqliyyatı vətəndaş üçünəlçatan, rahat və keyfiyyətli xidmətə çevirməkdir.

Избранный
21
6
az.trend.az

10Источники