Olaylar.az xarici mediaya istinadla xəbər verir ki, Tokionun siyasətinə cavab olaraq Rusiya həmin şəxslərə sanksiya tətbiq edir.
Bu gün "Yomiuri" qəzetinin dərc etdiyi araşdırma yazısında bildirilir ki, bu siyasətçilər kənd təsərrüfatı naziri Şinjiro Koidzumi, keçmiş iqtisadi təhlükəsizlik naziri Sanae Takaiçi və Nazirlər Kabinetinin baş katibi Yoşimase Hayaşidir. Onların Rusiyaya giriş həmişəlik qadağan edilib.
Takaiçi və Hayashi 4 may 2022-ci ildə baş nazir Fumio Kişida administrasiyasının üzvləri olaraq Rusiyanın cavab sanksiyaları siyahısına əlavə edilib. Hayaşi o zaman xarici işlər naziri vəzifəsində çalışıb, Takaiçi isə hakim partiyanın yüksək rəhbərliyinin üzvü olub.
Koidzumi 2022-ci il iyulun 15-də Dövlət Dumasının böyük bir qrup deputatına qarşı şəxsi sanksiyaların tətbiqinə cavab olaraq Rusiyaya girişi qadağan edilmiş parlamentin aşağı palatasının 384 üzvündən ibarət qrupun tərkibinə daxil edilib. Eyni zamanda Yaponiyanın hazırkı baş naziri Şiqeru İşibanın da Rusiyaya girişi qadağan edilib.
Onların əsas "təqsir"i Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalara qoşulması və Rusiyadan Kuril adlarının geri qaytarılmasını tələb etmələridir.