RU

"Zala daxil oldu, bir neçə dəqiqə sonra oturdu və yıxıldı"

Xəbər verdiyimiz kimi Əməkdar artist Cabir İmanov bu gün vəfat edib.

News24.az xəbər verir ki, jurnalist Elvin Elxan sosial şəbəkədə Cabir İmanovun vəfatı ilə bağlı paylaşım edərək bildirib ki, aktyor məşq prosesində vəfat etməyib:

“Zala daxil oldu, bir neçə dəqiqə sonra oturdu və yıxıldı. Həyatımın ən böyük travmasını aldım. İlk dəfə birinin ölümünə şahid oldum. O adam ki, ən gözəl məşq yoldaşı idi. Allah rəhmət eləsin!” – deyə o qeyd edib.

Jurnlaist News24.az -a açıqlamasında bildirib ki, Cabir İmanov həmin gün məşq etməyib.

"Yıxılandan sonra təcili yardım çağırılıdı. Həkimlər əllərindən gələni etdilər. Təəssüf ki, həyata qaytarmaq mümkün olmadı". 


Nilufər

Избранный
81
7
news24.az

10Источники