RU

Elza Seyidcahan dələduzluqla bağlı zərərçəkən kimi tanındığı məhkəmədə ifadə verib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bir neçə nəfərin qızıllarını mənimsəməkdə təqsirləndirilən Fərid Abuzərli və Xəyal Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkənlər ifadə veriblər.
Belə ki, zərərçəkənlər arasında olan tanınmış müğənni Elza Seyidcahan (Qasımova) bildirib ki, bəzi problemlərinə görə lombarda müraciət edib:
"Məni oraya anam aparıb. Bəzi problemlərimiz var idi. Anamın, özümün, rəfiqəmin qızıllarını həmin lombarda qoyaraq 8 500 manat pul götürdük. Sonra pulları ödədik. Rəfiqəmin qızıllarını qaytarmalı idim. Onlar mənə dedilər ki, qızıllar bir həftə sonra veriləcək. Beləliklə, bir həftə, sonra isə üç ay keçdi. Mən də məcbur qalıb polisə müraciət etdim. Gördüm ki, zərərçəkən ancaq mən deyiləm. Mənə dəymiş ziyan ödənilməyib. Lombardın bütün işçilərindən şikayətçiyəm. Onlar bu işi bilirdilərsə, bizə deməli idilər. Anam da zərərçəkəndir. Növbəti proseslərdə iştirak edəcək".
İttihama münasibət bildirən təqsirləndirilən şəxslər özlərini təqsirli bilməyiblər.
Növbəti proses noyabrın 3-nə təyin edilib.
Qeyd edək ki, cinayət işi üzrə 31 nəfər zərərçəkən qismində tanınıb. İttiham edilən tərəf girov olaraq götürdüyü qızıl-zinət əşyalarını və onların geri verilməsi üçün müştərilərin ödədiyi pul vəsaitini mənimsəməkdə ittiham olunurlar.
Belə ki, metronun "Nizami" stansiyasının yaxınlığında, Zivərbəy Əhmədbəyov küçəsində yerləşən lombardın əksər müştəriləri borclarını tam ödədikdən sonra qızıllarını geri ala bilməyiblər. Bundan sonra polis bölməsinə şikayət ediblər.
Çox sayda insan "Lombard Xəyal" olaraq tanınan şəxsin onlara kütləvi ziyan vurduğunu söyləyib. Onlar bildiriblər ki, lombarda qoyulan qızıllar qanunsuz şəkildə yoxa çıxıb.
Xəyal Abdullayev Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, xüsusilə külli miqdarda törədildikdə), 320.2-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə), Fərid Abuzərli isə 179.3,2-ci (mənimsəmə, külli miqdarda törədildikdə) maddələri ilə ittiham ediliblər.
Избранный
34
1
oxu.az

10Источники