RU

Ölkələrinə qayıdan suriyalıların sayı bəlli oldu

8 dekabr 2024-cü il tarixindən sonra 509 min 387 suriyalı Türkiyədən öz ölkəsinə geri dönüb. 

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya məlumat verib. Daxili işlər naziri Ali Yerlikaya Köç İdarəsi Başqanlığının suriyalıların könüllü geri dönüşü ilə bağlı sosial media hesabından paylaşım edib. 

Paylaşımda deyilir: 

“Suriyanın azad olunmasından sonra 509 min 387 suriyalı qardaşımız ölkəsinə geri dönüb. Türkiyə dünən olduğu kimi bu gün də könüllü geri dönüş prosesində suriyalı qardaşlarımızın yanındadır. 8 dekabr 2024 tarixindən sonra Suriyada baş verən hadisələrdən sonra könüllü geri dönüşlər sürətlənib. 8 dekabr 2024-dən sonra ümumilikdə 509 min 387 suriyalı qardaşımız ölkəsinə geri dönüb. 2016-cı ildən bu yana könüllü şəkildə geri dönən suriyalıların sayı 1 milyon 249 min 390 nəfərə çatıb”. 

Yerlikaya qeyd edib ki, miqrasiya idarəçiliyində dünyaya nümunə olan bir model ortaya qoyublar: 

“Ölkəsinə könüllü, təhlükəsiz, ləyaqətli və nizamlı şəkildə dönmək istəyən suriyalıların müraciət etdiyi ən önəmli mərkəzlərdən biri Adananın Sarıçam bölgəsində yerləşən Könüllü Geri Dönüş Koordinasiya Mərkəzidir. Könüllü geri dönən suriyalılar həm kədəri, həm də sevinci bir arada yaşayırlar. Suriyalı qardaşlarımızın könüllü geri dönüş prosesini Köç İdarəsi Başqanlığımızın koordinasiyası ilə böyük həssaslıqla davam etdiririk”. 

Избранный
18
cebheinfo.az

1Источники