RU

Putin RƏSMİ fərman imzaladı: 135 minlik QOŞUN yığılır, savaş ALOVLANIR - CANLI

Rusiya prezidenti Vladimir Putin oktyabrın 1-dən etibarən payız hərbi xidmətə çağırış haqqında fərman imzalayıb. Bu barədə rəsmi hüquqi informasiya portalı məlumat yayıb. Bildirilib ki, payız hərbi çağırış kampaniyası çərçivəsində 135 min rusiyalı hərbi xidmətə çağırılacaq.

Ukraynanın neft və qaz sənayesinə hücumları Rusiyaya 100 milyard dollar ziyan vurub. Britaniyalı hərbi ekspert Filip İnqrem “San” nəşrinə açıqlamasında deyib.

“Bu hücumlar Putinin hərb maşınını sıradan çıxarır və sıravi ruslar müharibəni hiss etməyə başlayır. Artan yanacaq qiymətləri və yanacaqdoldurma məntəqələrindəki nasazlıqlar onların gündəlik həyatına birbaşa təsir göstərir”, - İnqrem bildirib.
Onun sözlərinə görə, neft sənayesinə zərbələr ciddi yanacaq çatışmazlığına səbəb ola və Moskvanın müharibəni davam etdirmək qabiliyyətinə böyük təzyiq göstərə bilər.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi siyasi ekspert Mehman İsmayılovla müzakirə edir.

https://www.facebook.com/tvmusavat


https://www.youtube.com/@musavattv

 

Избранный
9
musavat.com

1Источники