RU

Xəzər quruyur: Azərbaycanı nələr gözləyir? — AÇIQLAMA

Xəzər dənizinin vəziyyəti getdikcə daha da ağırlaşır. Bir vaxtlar geniş və güclü dalğaları ilə tanınan dəniz indi qurumaq təhlükəsi ilə üz-üzədir. Sahillərdə torpağın çatlaması və qurumuş sahələr getdikcə artır.

Milli.Az xəbər verir ki, Prezident İlham Əliyevin BMT tribunasından diqqət çəkdiyi məsələlərdən biri də bu idi.

Hər kəs daha çox siyasətdən danışarkən, İlham Əliyev təbiətin üsyanına da diqqət çəkdi. Xəzəryanı dövlətləri ekoloji faciə ilə birgə mübarizə aparmağa çağırdı.

Ekspert İlham Şaban bildirir ki, Xəzərin suyunun azalması təkcə təbiətə zərər vermir, həm də regionun iqtisadi inkişafına ciddi təhdid yaradır. Əgər suyun azalması davam etsə, gələcəkdə Xəzərin canlı dalğalarını yalnız tarixdə xatırlaya biləcəyik:

"Xəzər dənizi getdikcə quruyur. Xəzərin suyu 50 metr geri çəkilib. Buna illkin səbəb Rusiyada Volqa çayından gələn suyun azalmasıdır. İkinci amil isə son illər iqlim istiləşib, yəni buxarlanma gedib. Şimal və cənub hissəsində duzluluq arasında da fərq var. Xəzərə tökülən çaylarda da su azalıb. Səbəb bu çaylar üzərində iri su anbarlarının tikilməsi və sudan istifadədir". 

Mütəxəssislər bildirir ki, Xəzərin quruması ilk öncə Qazaxıstan, sonra Rusiya üçün təhlükəlidir. Yəni, Xəzərin dayazlaşması sadəcə ekoloji deyil, ciddi iqtisadi problemlərə səbəb ola bilər. Tranzit xərcləri artıb, ölkə ərazisindən keçən marşrutların cəlbediciliyi azalır:

"Xəzər qurumağa davam edərsə, gəmilərin limanlara girişi çətinləşəcək. Bu əlavə xərclər, gecikmələr də deməkdir. Biz zamanında atdığımız addımlarla bu xərclərdən yayınmağı bacarmışıq. Bakı beynəlxalq yükdaşıma dəniz terminalı limanı Bakıda idi, indi 75 km Bakıdan cənubdadır. Bu baxımdan da onun təsirləri Bakı beynəlxalq limanına daha azdır. Xəzərin ən dərin hissəsi 1000 metr İranla Azərbaycan arasındadır. Xəzərin dayazlaşması Azərbaycana da təsirsiz ötüşməyəcək. 

Yaranmış vəziyyət bizim ölkədə də gəmiçiliyə zərəri var. Gələcəkdə Volqa çayı istifadə olunmazsa, bu gəmiçiliyə təsir edecək. Biz Avropaya Volqa çayı ilə çıxırıq". 

Избранный
9
4
demokrat.az

5Источники