RU

Putin 135 min nəfəri hərbi xidmətə çağırdı – Müharibə Kremli səfərbərliyə vadar qoyur

Olaylar.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin 1 oktyabr - 31 dekabr 2025-ci il tarixlərini əhatə edən növbəti payız çağırışı haqqında fərman imzalayıb. Sənədə əsasən, 18-30 yaş arası 135 min nəfər hərbi xidmətə çağırılacaq. Bu rəqəm ötən ilin payız çağırışından təxminən 2 min nəfər çoxdur. 2024-cü ilin müvafiq göstəricisi isə 133 min nəfər səviyyəsində olmuşdu.

Bu, sadəcə bir çağırış deyil - bu, Kreml üçün məcburiyyətə çevrilən müharibənin növbəti mərhələsidir. Ukraynadakı müharibə dördüncü ilə girərkən, Putin getdikcə daha çox insanı səngərə göndərmək məcburiyyətində qalır. Rusiya ordusunun canlı qüvvə itkisi artıq Kreml üçün ən ağrılı məsələyə çevrilib və bu çağırış Moskvanın strateji böhranın dərinliyini gizlədə bilmədiyini göstərir.

ABŞ prezidenti Donald Tramp dəfələrlə bəyan edib ki, hər həftə döyüş meydanlarında təxminən 7 min əsgər ölür və onların da yarısından çoxu Rusiya ordusunun əsgərləridir. Dünyanın ən çox məlumatlandırılmış liderlərindən birinin bu açıqlaması müharibənin real miqyasını ortaya qoyur: itkilər böyüdükcə, Putin daha çox insanı ölümə göndərməyə məcbur olacaq.

Bu çağırış həm də onu göstərir ki, Kreml müharibəni qısa müddətdə dayandırmaq niyyətində deyil. Əksinə, Putin getdikcə daha çox resursu və canlı qüvvəni bu sonsuz qanlı münaqişəyə səfərbər edir. Hər yeni çağırış Rusiya cəmiyyətini daha dərindən yaralayır, çünki minlərlə ailə övladlarını geri dönməyəcəkləri bir cəbhəyə yola salır.

Musavat.com -a görə, müharibə uzandıqca onun cəbhə xəttindən Rusiya cəmiyyətinin içərisinə doğru irəliləməsi qaçılmaz olacaq. Artan itkilər, iqtisadi tənəzzül və sosial narazılıq fonunda müharibənin təsirləri artıq yalnız Donbas və ya Zaporojye ilə məhdudlaşmır - o, Moskva və Sankt-Peterburq kimi mərkəzi şəhərlərin küçələrinə qədər işləyəcək.

Putinin yeni çağırışı, əslində, Rusiyanın bu müharibədə nə qədər dərin bataqlığa düşdüyünün növbəti sübutudur. Müharibə uzandıqca, səngərlər daha çox insan tələb edir və bu da Kreml üçün tək çıxış yolunun yeni nəsilləri ölümə göndərmək olduğunu göstərir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
5
1
olaylar.az

2Источники