RU

III MDB Oyunları: Azərbaycan taekvondoçuları beş finalda

Bu gün Mingəçevir şəhərində yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində III MDB Oyunları çərçivəsində taekvondo yarışlarına start verilib.

AzPost xəbər verir ki, ilk gündə 7 çəki dərəcələrində yarışlar keçirilib: kişilərdə 54 kq, 63 kq, 74 kq və 87 kq, qadınlarda isə 46 kq, 53 kq və 62 kq

Azərbaycan təmsilçiləri beş çəki dərəcəsində finala yüksəliblər: kişilərdə Ümid Rəhimzadə (54 kq), Ziya Həsənli (63 kq), Elcan Əliyev (74 kq), qadınlarda isə Humay Dadaşova (46 kq) və Məryəm Məmmədova (53 kq).

Eyni zamanda, altı taekvondoçu bürünc medalın sahibi olublar – kişilərdə Tamerlan Yaqubov (54 kq), Allahverdi Məmmədov və Zeynal Əliyev (hər ikisi – 87 kq), qadınlarda isə Səlimə Quliyeva (46 kq), Nilufər Borci (53 kq) və Nərgiz Kazımova (62 kq).

 

AzPost.az

Избранный
18
13
azpost.info

10Источники