"Barselona"da yeni müqavilə qeydə alınıb.
QOL.az xəbər verir ki, Mark Bernalın sözləşməsi uzadılıb. Bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.
17 yaşlı yarımmüdafiəçi ilə 2029-cu ilin yayına kimi müqavilə imzalanıb.
Qeyd edək ki, Mark Bernal "Barselona"nın yetirməsidir. O, bu mövsüm Kataloniya təmsilçisinin heyətində 2 rəsmi matçda 1 qol ötürməsi edib.