Marja.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
2025-ci ilin avqust ayı ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 20% artmışdır.
Marja.az xəbər verir ki, bu, Mərkəzi Bankın 2025-ci ilin yanvar-avqust dövrü üzrə Statistik bülletenində bildirilir.
VTB-də yüksək depozit faizləri daha çox qazandırır
2025-ci ilin avqust ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8 milyard 172 milyon manat təşkil etmişdir. Həyata keçirilən nağdsız ödənişlərin 7 milyard 153 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1 milyard 15 milyon manatı POS-terminallar, 4 milyon manatı isə özünə xidmət terminalları və bankomatlar vasitəsilə gerçəkləşdirilmişdir.
İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 67.3%-ni təşkil etmişdir.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.