RU

“Üşüyürdüm, Mehriban xanım üstümə örtük örtdü...”— VİDEO

Xəbər verdiyimiz kimi, ötən gün Gəncədə III MDB Oyunlarının təntənəli açılış mərasimində iştirak edən Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Gəncə terrorunda şəhid olan mülki vətəndaşlarımızın ailə üzvləri ilə görüşüblər. 

“Qafqazinfo”nun məlumatına görə, Mehriban Əliyevanın ana qayğısı ilə saçlarını öpərək çiyninə şal saldığı balaca Xədicə ötən günlə bağlı təəssüratlarını bölüşüb.

“Mənə dedi ki, sən harada qalırsan? Dərslərin necə gedir? Yaxşımı oxuyursan? Mən dedim yaxşıyam.

Mən üşüyürdüm, Mehriban xanım gəlib mənim üstümə örtük örtdü...”, - 9 yaşlı Xədicə bildirib.

Qeyd edək ki, Xədicə 2020-ci ilin 17 oktyabrında raket hücumları zamanı atası Röyal Şahnazarovu, anası Züleyxa Şahnazarovanı və kiçik bacısı Mədinə Şahnazarovanı itirib. Hadisədən sonra Xədicənin gözləri 3 gün görməyib. Sonra möcüzə nəticəsində gözləri açılıb.

 

 

Избранный
24
2
demokrat.az

3Источники