RU

Türkiyə Rusiyadan neft idxalını azaldır

Sentyabrda Rusiyadan Türkiyəyə neft tədarükü apreldən bəri ən aşağı həddə düşüb. Bu barədə Reuters agentliyi treyderlərə istinadən xəbər verib.

LSEG-in məlumatına görə, bu ay Urals markalı neftin idxalı təxminən 1,2 milyon ton təşkil edə bilər. İyun ayında bu rəqəm 1,6 milyon ton olub. 

Azalmanın səbəbləri digər neft markaları ilə rəqabətin güclənməsi, sanksiya təzyiqləri və siyasi amillərlə izah olunur.

Tədarüklərin azalmasına baxmayaraq, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ankaranın müəyyən sahələrdə sərfəli ticarət-iqtisadi əməkdaşlığı davam etdirəcəyinə əminliyini ifadə edib.

N.Təbrizli

Избранный
4
1
anews.az

10Источники