RU

Azərbaycan və Özbəkistan hərbçilərinin birgə təlimi başa çatıb - FOTO

Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusunun iştirakı ilə Özbəkistan Respublikasının Daşkənd şəhərində keçirilən "Məharət - 2025" kompüter dəstəkli birgə komanda-qərargah təlimi başa çatıb.

Bu barədə Missiya.Az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, təlim zamanı qanunsuz silahlı birləşmələrin axtarışı, lokallaşdırılması və neytrallaşdırılması məqsədilə xususi əməliyyatın planlaşdırılması, eləcə də modelləşdirmə və simulyasiya proqram təminatları üzərindən praktiki fəaliyyətlər icra edilib.

Azərbaycan Müdafiə Nazirliyi ilə Özbəkistan Müdafiə Nazirliyi arasında 2025-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planı çərçivəsində keçirilən təlimdə qarşıya qoyulan bütün tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.

Sonda "Məharət - 2025" kompüter dəstəkli birgə komanda-qərargah təlimində fərqlənən hərbi qulluqçular mükafatlandırılıblar.

Избранный
35
24
missiya.az

10Источники