Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Bakı, 29 sentyabr, AZƏRTAC
Somalidə “Əl-Şəbab” qruplaşması BMT-nin icarəyə götürdüyü helikopteri ələ keçiriblər.
AZƏTAC xəbər verir ki, “Somali Guardian” nəşrinin yaydığı məlumata görə, hadisə helikopter texniki nasazlıq səbəbindən silahlıların nəzarətindəki əraziyə təcili eniş edərkən baş verib. İlkin məlumatlara əsasən, ekipaj üzvləri və yük qruplaşmanın əlinə keçib.
Helikopterin qeydiyyat nömrəsi, göyərtəsində olan insanların sayı və yükün nədən ibarət olduğu məlum deyil. İnsident barədə rəsmi məlumat hələlik açıqlanmayıb.
Nəşr xatırladır ki, 2024-cü ilin yanvarında BMT-nin icarəyə götürdüyü təyyarə də təxminən eyni ərazidə sərt eniş etmişdi. Ekipajın taleyindən isə indiyədək xəbər yoxdur.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.