RU

İrəvanda GƏRGİNLİK: Ermənilər Müdafiə Nazirliyinin qarşısına niyə toplaşıblar? 

İrəvanda Müdafiə Nazirliyinin qarşısında vəziyyət getdikcə daha da gərginləşir. Axşam saatlarında itkin düşmüş erməni hərbçilərinin ailə üzvləri ilə polis qüvvələri arasında qarşıdurma baş verib.

KONKRET.az xəbər verir ki, aksiyaya toplaşan valideynlər və yaxınlar Müdafiə Nazirliyindən övladlarının taleyi ilə bağlı aydın və rəsmi məlumat tələb ediblər. Onların sözlərinə görə, hökumət aylarla vədlər versə də, hələ də dəqiq cavab təqdim etmir.

Hadisə yerinə cəlb olunan təhlükəsizlik qüvvələrinin sərt müdaxiləsi etirazçılar arasında gərginliyi daha da artırıb. İnsanlar hakimiyyəti məsuliyyətə çağırır, “ədalət və şəffaflıq” tələbi ilə şüarlar səsləndirirlər.

İzdiham arasında emosiyalar yüksək səviyyədə qalır, vəziyyətin nəzarətdən çıxma ehtimalı barədə xəbərdarlıqlar edilir.

Müşviq Tofiqoğlu

KONKRET.az

Избранный
13
1
konkret.az

2Источники