RU

Baş nazir: "Azərbaycan MDB ölkələri ilə ticarət əlaqələrinin genişləndirilməsinə böyük əhəmiyyət verir"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Azərbaycan MDB dövlətləri ilə ticari-iqtisadi əlaqələrin daha da genişləndirilməsinə böyük əhəmiyyət verir".
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Minskdə MDB Hökumət Başçıları Şurasının iclasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Azərbaycanın MDB ölkələri ilə qarşılıqlı ticarətinin inkişafında artım müşahidə olunur:
"Cari ilin səkkiz ayı ərzində Azərbaycanın MDB-yə üzv dövlətlər ilə qarşılıqlı ticarət dövriyyəsi 21%-dən çox (4.7 milyard dollar) artıb. İqtisadiyyatın şaxələndirilməsi dövlətimizin prioritet vəzifələrindən biri olaraq qalır".
Ə.Əsədov əlavə edib ki, müasir nəqliyyat və logistika infrastrukturunun mövcudluğu beynəlxalq ticarət əlaqələrinin möhkəmləndirilməsində əsas rol oynayır.
Baş nazir bildirib ki, son illər ərzində Azərbaycan özünü Avrasiyanın mühüm nəqliyyat-logistika mərkəzlərindən biri kimi təsdiqləyib.
Избранный
27
50
oxu.az

10Источники