RU

Bratislavadakı sensasiyanı qeydə alan türkiyəli: “Qarabağ” - “Kopenhagen” oyununun hakimi kimdir? - ARAŞDIRMA

UEFA Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda keçiriləcək “Qarabağ” - “Kopenhagen” oyununa Serdar Gözübüyük baş hakim təyin olunub.

İdman.biz xəbər verir ki, 38 yaşlı referi 2012-ci ildən FIFA hakimi statusuna malikdir və Niderland Futbol Federasiyasını təmsil edir. O, türk əsillidir.

Gözübüyük Niderlandın ən təcrübəli hakimlərindən sayılır və mütəmadi olaraq beynəlxalq oyunlara təyinat alır.

Son mövsümlərdə o, Çempionlar Liqasının “Benfika” - “Atletiko”, “Bolonya” - “Dortmund Borussiya” matçlarını, Avropa Liqasının “Real Sosyedad” - “Midtyulland” görüşünü idarə edib.

Bundan əlavə, bu ilin sentyabrında o, DÇ-2026-nın seçmə mərhələsində keçirilən Slovakiya - Almaniya oyununda, ötən mövsümdə isə Millətlər Liqasının Serbiya - İspaniya matçında ədaləti qoruyub.

Qeyd edək ki, 4 sentyabrda Bratislavada baş tutan Slovakiya - Almaniya qarşılaşması sürprizlə başa çatıb və slovaklar 2:0 hesabı ilə qalib gəlib.

Xatırladaq ki, “Qarabağ” - “Kopenhagen” oyunu oktyabrın 1-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda start götürəcək.

Teymur Tuşiyev

İdman.biz

Избранный
19
idman.biz

1Источники